BAKI, 28 may. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“28 May 1918-cı ildə, Şərqin ilk demokratik respublikasını Azərbaycan müstəqilliyini əldə etməklə qurdu. Bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd etməyə çox şadam. Müstəqilliyiniz əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz”,- paylaşımda deyilir.