BAKI, 28 may. TELEQRAF

İran Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İran Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edir və ölkəyə inkişaf və rifah, eləcə də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini arzulayır", - paylaşımda deyilir.