BAKI, 28 may. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib.

"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Sevincini sevincimiz, kədərini kədərimiz bildiyimiz azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük",- paylaşımda deyilir.