BAKI, 21 may. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10–11-də Romada keçiriləcək Ukraynanın Bərpası Konfransına dəvət edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində qeyd paylaşıb.

Dəvət Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifova İtaliyanın ölkəmizdəki səfiri Luka Di Canfrançesko və Ukraynanın səfiri Yuriy Qusev tərəfindən təqdim olunub.