BAKI, 9 may. TELEQRAF
Hindistan Silahlı Qüvvələri Pakistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün İsrailin “Harop” kəşfiyyat və pilotsuz hücum təyyarələrindən istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.
Həmçinin Hindistan mənbələri bildirir ki, Pakistanın hücumlarının qarşısının alınması üçün S-400 sistemlərindən (Rusiya istehsalı) istifadə olunub.
Məlumata görə, ötən gecə Hindistanın Pakistanla sərhədində yerləşən müxtəlif bölgələrində partlayış səsləri və həyəcan siqnalı eşidilib.
Bir neçə şəhərdə təhlükəsizlik səbəbilə elektrik enerjisi kəsilib. Cammu və Kəşmirdə hərbi bazalara hücumlar olub.