BAKI, 22 may. TELEQRAF

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandıran media nümayəndələrinə təşəkkür edib.

Teleqraf xəbər verir ki, o, forumda mətbuat təmsilçilərinin fəaliyyəti üçün ayrılan Media Huba gələrək jurnalistlərlə həmsöhbət olub.

"Çox ağır və zəhmətli iş idi. Hər gün erkən saatlardan axşama qədər çox intensiv fəaliyyət göstərdiniz. Sizin fəaliyyətiniz nəticəsidir ki, ölkə ictimaiyyətində də bu tədbirə böyük maraq var. Hamınıza, redaksiyalarınıza, eləcə də operator və fotoqraflara təşəkkür edirəm", - H.Hacıyev qeyd edib.