BAKI, 22 may. TELEQRAF

Bu gün bəşəriyyətin böyük hissəsi şəhərlərdə yaşayır və şəhərlərin gələcəyi insan amili əsasında formalaşdırılmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, şəhərlər insanların necə yaşamaq, hansı mühiti yaratmaq və gələcəyi necə formalaşdırmaq istədiyini nümayiş etdirir:

“Ortaq gələcəyimiz əsasən ərazi planlaşdırılması ilə bağlıdır və bunun mərkəzində yaşayış məkanları dayanır. Ev insan ləyaqətinin formalaşdığı əsas məkandır. Sağlam, təhlükəsiz və məhsuldar həyat üçün vacib başlanğıc nöqtəsidir”.

Amina Mohammed vurğulayıb ki, qlobal mənzil problemi sürətli urbanizasiya, müharibələr, sosial bərabərsizlik və iqlim böhranı fonunda daha da ağırlaşır.