BAKI, 22 may. TELEQRAF
Azərbaycan tarixi ənənələri qorumaqla yanaşı, müasir çağırışlara cavab verən inkişaf yanaşmaları nümayiş etdirir.
Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, ölkədə yenidənqurma, infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi inkişaf istiqamətində həyata keçirilən layihələr diqqət çəkir:
“Bakı kimi qədim şəhərdə forumun keçirilməsi urbanizasiya, iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Amina Mohammed vurğulayıb ki, bu gün dünyanın əsas problemlərindən biri qlobal mənzil böhranıdır.
BMT Baş katibinin müavini əlavə edib ki, fırtına, yanğın və daşqınlar dünya üzrə həm insanların həyatına, həm də infrastruktura ciddi təsir göstərir.