BAKI, 22 may. TELEQRAF

BMT hazırda Azərbaycana mina təmizlənməsi sahəsində dəstək göstərir.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu proses uzunmüddətli olsa da, təhlükəsiz mühitin yaradılması və infrastrukturun bərpası üçün mühüm əhəmiyyət daşıyır.