BAKI, 22 may. TELEQRAF
Qlobal mənzil böhranı milyonlarla insana təsir göstərir.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.
O qeyd edib ki, mənzil siyasəti şəhər planlaşdırılması, torpaq idarəçiliyi, infrastruktur, iqlim tədbirləri və maliyyə sistemləri ilə inteqrasiya olunmalıdır.