BAKI, 22 may. TELEQRAF
Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edirəm.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.
O qeyd edib ki, BMT Baş katibinin müavini Amina Mohammed və digər rəsmilərin iştirakı ilə keçirilən forum şəhərlərin gələcəyi ilə bağlı qlobal əməkdaşlıq üçün mühüm platformaya çevrilib.