BAKI, 22 may. TELEQRAF
Mənzil təminatı insanların hüququ olmaqla yanaşı, həm də qürur və ləyaqətin qorunmasıdır.
Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 milli koordinatoru Anar Quliyev Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
O bildirib ki, WUF13 çərçivəsində müzakirələrdə mənzil böhranının aradan qaldırılmasında ölkələr arasında əməkdşalığın önəmi məlum olub.
A. Quliyevin sözlərinə görə, əməli addımlara da ehtiyac var:
"Sadəcə danışıqlar azdır. Forumda bölüşülən təcrübə ilə 5 milyarddan çox insana təsir göstərmək istəyirik. Mənzil təminatı BMT-nin əsas deklerasiyasından biridir. Biz dünyaya bu barədə çağırış edirik".