BAKI, 22 may. TELEQRAF
Azərbaycan tərəfindən aparılan yenidənqurma prosesi ərazilərdə sülhün və inkişafın davamlılığının təmin olunması baxımından nümunəvi modeldir.
Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu model infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın açılması istiqamətində mühüm əhəmiyyət daşıyır:
“Dünya hazırda iqlim dəyişiklikləri, münaqişələr, bərabərsizlik, mənzil çatışmazlığı və borc təzyiqləri kimi, bir-biri ilə əlaqəli böhranlarla üzləşir. Bu amillər sosial xidmətlərə, əlçatan mənzil və dayanıqlı infrastrukturun inkişafına investisiya imkanlarını məhdudlaşdırır”.