BAKI, 22 may. TELEQRAF
Azərbaycan hökumətinə, Bakı şəhərinə, BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) və bütün tərəfdaşlara forumun uğurlu və təsirli təşkilinə görə təşəkkür edirəm.
Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.
O qeyd edib ki, qlobal geosiyasi gərginliklər və münaqişələrin davam etdiyi bir dövrdə bu forum mühüm uğur kimi qiymətləndirilməlidir:
“Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya və insan məskunlaşmaları üzrə BMT-nin əsas qlobal platforması olaraq qalır”.