BAKI, 22 may. TELEQRAF

“Hava çirklənməsi hər il təxminən 7 milyon insanın ölümünə və trilyonlarla dollar iqtisadi itkiyə səbəb olur”.

Teleqraf xəbər verir ki, bu sözləri "Mənzil sektoruna qlobal investisiyanın yenidən düşünülməsi: dayanıqlılıq və inklüziv şəhər gələcəyinin maliyyələşdirilməsi” mövzusunda sessiyada prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin 55 faizindən çoxu şəhərlərdə yaşayır, 2050-ci ilə qədər bu rəqəmin 70 faizə çatacağı gözlənilir:

"Qlobal emissiyaların 70 faizindən çoxunu şəhərlər yaradır və enerji istehlakının əsas hissəsini təşkil edir. Binalar qlobal enerji istehlakının 30 faizini, emissiyaların isə 25 faizini təşkil edir, soyutma sistemləri isə elektrik enerjisinin təxminən 20 faizini istifadə edir.

UN-Habitat-a görə, şəhərlərdə yaşıllıqların azalması və artan urbanizasiya fonunda 2030-cu ilə qədər milyardlarla insanın mənzilə çıxışı çətinləşə bilər. Soytma sistemləri (kondisioner və digər avadanlıqlar) hazırda binalarda istifadə olunan elektrik enerjisinin təxminən 20 faizini təşkil edir. Ümumilikdə isə binalar qlobal enerji istehlakının 30 faizinə, enerji ilə bağlı emissiyaların isə təxminən 25 faizinə cavabdehdir”.