BAKI, 22 may. TELEQRAF
Bakıda keçirilən WUF13 zamanı azad edilən ərazilərdə görülən işlər nümunələrlə təqdim edilib, biliklərin paylaşılması üçün platformalar yaradılıb, həmçinin qarşılıqlı şəkildə tərəfdaşlarla əməkdaşlıq edilib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
O bildirib ki, əsas nəticə olaraq bu da Bakıda olan təşəbbüslərə öz töhfəsini verməkdədir.
"Təxmini 97 fərqli tədbir keçirdik. Pavilyonlarda hər bir ölkə 30-dan çox tədbir keçirərək özlərini təqdim etdilər. Biz bütün dünyaya mesajlar verməyə çalışdıq. Əsas təcrübələr bölüşüldü. Ən önəmli nöqtələrdən biri olaraq yaşıl infrastrukturun seçdik və beynəlxalq cəmiyyətə çağrış etdik. Şəhərsalmanın inkişafında yeni addım atıldı. İqljmlə mübarizə də önəmli bir nöqtədir", - o vurğulayıb.
O qeyd edib ki, insanların, gənc könüllülərin aktiv iştirakı da önəmli məqamdır.