BAKI, 22 may. TELEQRAF

Şəhərlərin müasirləşdirilməsi, infrastrukturun genişləndirilməsi, azad edilən ərazilərdə bərpa işləri, ağıllı planlar hazırlayırıq.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

O bildirib ki, həmçinin milli potensialın gücləndirilməsi, azad edilən ərazilərdə ağıllı kənd proqramları həyata keçirilir.

"Əsas təyinatlar Bakı təşəbbüslərinə uyğun həyata keçirilir. Əsas məsələ milli səviyyədə standartın və dayanıqlı standartın qəbul olunmasıdır. Sivil cəmiyyətin nümayəndələri, özəl sektorun iştirakçıları da şəhər transformasiyasına cəlb olunurlar", - o vurğulayıb.