BAKI, 22 may. TELEQRAF

Son bir il ərzində İçərişəhərdə üç yeni muzey açılıb.

Teleqraf xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud WUF13 çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya: ağıllı irs, məlumat əsaslı idarəetmə və inklüziv şəhər gələcəyi” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, bunlar numizmatika muzeyi, miniatür sənət muzeyi və Bakı İlluziya Muzeyidir.

"Təhlillərimizdən çıxış edərək o qənaətə gəlmişik ki, əvvəllər İçərişəhərə gələn insanlar iki saatdan artıq orada vaxt keçirmirdilər. Xarici turistlər də daxil olmaqla əksəriyyət gəlib gəzib, uzaqbaşı yemək yeyib gedirdilər. Lakin indi müşahidə edirik ki, qonaqlar 4-5 saat İçərişəhərdə vaxt keçirirlər”, - deyə o əlavə edib.