BAKI, 22 may. TELEQRAF

Azərbaycanın siyasətini dünya gündəmi ilə uyğunlaşdırmaq istəyirik.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

O bildirib ki, son günlərdə sadəcə Azərbaycan üçün deyil, şəhərsalma üçün də önəmli günlər oldu.

"WUF13-də 53 mindən çox iştirakçı aktib iştirak edib. Onların arasında onlayn iştirakçılar da olub. Təxminən 400 nəfər spiker qatılıb. 180 ölkədən nazirlər və bələdiyyələr iştirak edib. UN-Habitatdan dəstək görməkdən olduqca şadıq", - o vurğulayıb.