BAKI, 22 may. TELEQRAF

İçərişəhərdə çox böyük iqtisadi potensial var.

Teleqraf xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud WUF13 çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya: ağıllı irs, məlumat əsaslı idarəetmə və inklüziv şəhər gələcəyi” adlı tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, iqtisadi potensial xüsusilə yaradıcı sənaye sahəsində özünü daha açıq büruzə verir:

“İçərişəhər Bakının, bəlkə də ölkənin ən mühüm mədəni mərkəzlərindən biridir. Yaradıcı klaster və kreativ sənaye hazırda qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən qollarından sayılır. O baxımdan deməliyəm ki, bu sahənin Azərbaycanda da reallaşdırıla biləcək çox böyük potensialı mövcuddur”.