BAKI, 22 may. TELEQRAF
Qoruq ərazisində yeni iaşə obyektlərinin açılmasını dəstəkləmirik. O baxımdan mövcud restoranların keyfiyyətinin artırılmasına çalışırıq.
Teleqraf xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud WUF13 çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya: ağıllı irs, məlumat əsaslı idarəetmə və inklüziv şəhər gələcəyi” adlı tədbirdə çıxışında deyib.
"Biz İçərişəhəri restoranların hesabına canlandıra bildik. Yadınızdadırsa, əvvəllər İçərişəhərə insanlar gəlmirdi. Restoranların açılması ilə Bakıda şənbə və bazar səhər yeməklərini restoranlarda yemək ənənəsi formalaşdı.
Hazırda isə məqsədimiz odur ki, qoruq ərazisində restoranların sayı artmasın. Elə etməliyik ki, İçərişəhərə qonaq yalnız yemək üçün gəlməsin. Onlar burada başqa xidmətlərlə təmin olunsunlar. İstəyirik ki, gələn hər qonağın İçərişəhərdə keçirdiyi vaxt unudulmaz olsun", - o qeyd edib.