BAKI, 22 may. TELEQRAF

Azərbaycanın mədəni irsinə aid bir sıra arxiv materialı Gürcüstan və Rusiyada saxlanılır və hələ də ölkəyə gətirilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Gülnar Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsindəki tədbirdə bildirib.

Onun sözlərinə görə, mövcud siyasi və texniki məhdudiyyətlər bu prosesin tam icrasında müəyyən çətinliklər yaradır:

“İlk dəfə olaraq tacir evlərinə aid ilkin cizgilər və foto-materiallar əldə edilərək GIS (Coğrafi İnformasiya Sistemi) sisteminə daxil edilib”.