BAKI, 22 may. TELEQRAF
“Bu ilin 5 iyun tarixində Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəkdir. Biz dünya ictimaiyyətini “Təbiətdən ilhamlanaraq: İqlim naminə. Gələcəyimiz naminə’ şüarı altında fəaliyyətə səsləyirik”.
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, müzakirələr strateji ekoloji qiymətləndirmənin yalnız ekoloji mühafizə vasitəsi deyil:
“Dayanıqlı şəhər inkişafı üçün vacib siyasət aləti kimi əhəmiyyətini bir daha nümayiş etdirir. 2024-cü ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edib. Cari ilin 7–11 sentyabr tarixlərində Konvensiyanın mandatı altında Bakı İqlim Həftəsi keçiriləcək”,- R.İsmayılov vurğulayıb.