BAKI, 22 may. TELEQRAF
Burada olmaq və indiyədək görülmüş yenidənqurma işləri barədə çıxış etmək mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, bu gün həyata keçirilən strategiya yalnız Azərbaycan üçün deyil, daha geniş beynəlxalq ictimaiyyət üçün də mühüm əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.
O bildirib ki, Bu gün biz irsin bərpasından danışacaq və gün ərzində bunu birlikdə qeyd ediləcək:
"Videoya baxdınız və həmin videoda Cəbrayıl və Qubadlının son üç onillik ərzində keçdiyi yolu gördünüz. Siz dağıntıları, tamamilə məhv edilmiş binaları və baş vermiş faciəvi nəticələri şahidi oldunuz. Videoda göstərilən xarabalıqlar və dağılmış divarlar vaxtilə canlı, inkişaf etmiş şəhər və kəndlərin qalıqları idi.
Hər kəsə xatırlatmaq istəyirəm ki, bu torpaqlar bir zamanlar insanların doğma yurdu idi. Burada insanlar ləyaqət və rifah içində yaşayan inkişaf etmiş icmalar qurmuşdular. Lakin işğal bu torpaqları faciəli bir vəziyyətə saldı, yüz minlərlə insan öz evlərindən didərgin düşdü, ailələr dağıldı və geridə genişmiqyaslı dağıntı və viranəlik qaldı.
Bu dağıntılar yalnız binaların məhv edilməsi deyildi. Gördüyünüz kimi, bunlar “urbanisid”in — şəhər həyatının və insan məskənlərinin məqsədli şəkildə dağıdılmasının faciəvi nümunələri idi. Bununla yanaşı, “kultursid” də baş verdi — tarixi, mədəni və mənəvi irsin məhv edilməsi.
Lakin bu gün biz artıq yenidən qurulmuş ərazilərdən danışacağıq. Bu, son beş il ərzində qazandığımız təcrübəni və görülən işləri bölüşmək üçün bir fürsətdir".