BAKI, 22 may. TELEQRAF
Meksikada yerli xalqların hüquqları Konstitusiya ilə qorunur və bu sahədə xüsusi dövlət institutları fəaliyyət göstərir.
Teleqraf xəbər verir ki, bunu Meksika Xarici İşlər Nazirliyinin təmsilçisi Mariana Posada Lombana Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə deyib.
O bildirib ki, Meksika Konstitusiyasının ikinci maddəsində yerli xalqların və afro-meksikalı icmaların muxtariyyət, öz müqəddəratını təyinetmə, torpaqdan istifadə və təbii resurslardan faydalanma hüquqları tanınır:
“Ölkədə Yerli Xalqlar üzrə Milli İnstitut fəaliyyət göstərir və bu qurum yerli icmaların hüquqlarının qorunması, onların davamlı inkişafı, mədəniyyət və kimliklərinin gücləndirilməsi istiqamətində dövlət proqramlarını həyata keçirir”.