BAKI, 22 may. TELEQRAF

Azərbaycanda ümumi mina qurbanlarının sayı 3500-dən çoxdur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, mina hadisələrindən zərərçəkənlər arasında cəmiyyətin ən həssas qrupları da yer alır. Belə ki, qurbanlardan 362-si uşaqlar və gənclər, 38-i isə qadınlardır.