BAKI, 21 may. TELEQRAF

Mədəni irs getdikcə dayanıqlılığın əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur, çünki o, icmaların çətinliklərin öhdəsindən gəlmək və böhran dövrlərində sosial birliyi qorumaq qabiliyyətini gücləndirir.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "SECURE – Dayanıqlı və ilhamlandırıcı mədəniyyətin yenidən canlandırılması modeli" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu çağırışlar müxtəlif coğrafiyalarda gələcəyin formalaşdırılmasında fəal amillərə çevrilir.

"Bu prosesdə irs də mühüm vasitə və təsir mexanizmi rolunu oynayır. Sosial medianın və internetin təsirini anlamaq vacibdir".

O həmçinin qeyd edib ki, şəhərlər təhlükəsiz olmaqla yanaşı, həm də inklüziv, mədəni cəhətdən canlı və tarixi köklərə bağlı mühit təmin etməlidir.