BAKI, 21 may. TELEQRAF

"İqlimlə bağlı dayanıqlılığı, davamlılığı artırmağa çalışırıq".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Davamlılıq standartı: Davamlı təcrübələr standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, dayanıqlılıq gündəlik həyatımızda planlaşdırmanın həyata keçirilməsi ilə bağlıdır, çox güclü standartlar olmalıdır.

"Dayanıqlılıq və davamlılıq ayrıca yük kimi görülməli deyil. Buna investisiya edilməlidir. Urbanizasiya qlobal şəkildə sürətlənir. Burada dayanıqlılığa, inkişafa və artıma üstünlük verilməlidir. İnanıram ki, WUF13-də əldə edilənlər öz nəticəsini verəcək", - o vurğulayıb.