BAKI, 20 may. TELEQRAF
Biz zəlzələ baş planında zəlzələnin harada baş verəcəyini bilirdik. Ona görə də çox sürətlə hərəkət etdik və tez toparlandıq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Qaziantep şəhərinin meri Fatma Şahin WUF13 çərçivəsində keçirilən “Şəhər davamlılığının və zəlzələyə hazırlığın gücləndirilməsi: Daha təhlükəsiz və daha davamlı şəhərlər üçün həllər” adlı tədbirdə çıxışında deyib.
O bildirib ki, qlobal istiləşməyə qarşı şəhərsalma transformasiyası üzrə baş plan hazırlandı:
“Ən həssas tərəfimiz haradır? Ən həssas nöqtədə infrastrukturla birlikdə üst quruluşu necə formalaşdıracağıq? Fevralın 6-da vəziyyətimiz nə film, nə kabus, nə də yuxu idi; bu, gerçək idi. Biz bunu yaşadıq. Gördüyümüz işlərin arxasında böyük zəhmət var. Tualeti, hamamı olmayan, uşaqların imtahana hazırlaşa bilmədiyi bir şəhərdə biz 45 gün sonra binalarımızı tikdik, şəhərlərimizi yenidən qurduq”.