BAKI, 20 may. TELEQRAF
Tullantıların idarə edilməsi məsələsində uğurlu transformasiya üçün güclü tərəfdaşlara ehtiyac duyulur.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Həsən Suvar Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Tullantıların idarə edilməsinin dairəvi iqtisadiyyata doğru irəlilədilməsi" tədbirində dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, hökumətlərin siyasət və tənzimləyici çərçivələr formalaşdırması, inkişaf bankları və maliyyə qurumlarının davamlı infrastruktur investisiyalarını dəstəkləməsi, özəl sektorun innovativ texnologiyalar və biznes modelləri hazırlaması, akademiya və vətəndaş cəmiyyətinin bilik istehsalı ilə ictimai maarifləndirməyə töhfə verməsi böyük əhəmiyyət kəsb edir.
"Həmçinin, şəhərlər arasında bilik paylaşımı, texniki əməkdaşlıq və uğurlu təcrübə nümunələrinin ötürülməsi həll yollarının sürətlə yayılmasını təmin edəcək. Türkiyə olaraq, 2053-cü il net sıfır emissiya hədəfimiz və 2026-cı ildə ev sahibliyi edəcəyimiz COP31 istiqamətində bu beynəlxalq əməkdaşlıqları gücləndirməkdə qərarlıyıq", - o vurğulayıb.