BAKI, 20 may. TELEQRAF

Tullantıların toplanması və idarə edilməsi vacib məsələdir, buna görə də müəyyən tədbirlər görülməlidir.

Teleqraf xəbər verir ki, bunu Ficidən Lautoka Şəhər Şurasının Xidmətlər rəhbəri Şalend Singh Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Tullantıların idarə edilməsinin dairəvi iqtisadiyyata doğru irəlilədilməsi" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, hökumət və səhmdarlar da bu məsələyə qoşulduqda irəliyə doğru addım atılır.

"Biz bu sahədə hökumətlə birlikdə addımlamalıyıq. Bu yolla tullantıların idarə edilməsini təkmilləşdirə bilərik. Ficidə də tullantıların idarə edilməsi üzrə tədbirlər görülür. Hətta məktəbdəki şagirdlər belə bu prosesə cəlb edilir", - o vurğulayıb.