BAKI, 20 may. TELEQRAF

“İnsanlar yaşayış çatışmazlığı şəraitində yaşayırlar və bu rəqəmin azalacağı ehtimal olunmur”.

Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “UIA 2030 Mükafatı” sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Proqram İdarəetmə rəhbəri Kristelle Lahoud deyib.

“Biz davamlılığı lokallaşdırmaq üzərində çalışırıq ki, bu qlobal öhdəliklər sadəcə hesabat səhifələrində qalmamalı , həqiqətən yaşadığımız küçələrə, məhəllələrə və binalara tətbiq olunmalıdır. İndi isə biz ictimai məkanlar, su və iqlim dəyişikliyi sahəsində hələ çox irəliləyişin çatışmadığını gördük.
Dizayn və tikinti yalnız bir problemi deyil, eyni anda bir çox problemi həll edə bilər”,- o bildirib.

Kristelle Lahoud qeyd edib ki, 2030 gündəliyinə cəmi dörd il qalıb və doldurulmalı çox böyük boşluqlar var:

“Məhz buna görə də tikinti və memarlıq sahəsində çalışan mütəxəssisləri səfərbər etmək və onları davamlılığın necə həyata keçiriləcəyini göstərməyə çağırmaq olduqca vacibdir”.