BAKI, 20 may. TELEQRAF
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq etməklə regionda unikal yenidənqurma layihəsi həyata keçirir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan təxminən 30 illik işğaldan sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır:
“Həyata keçirilən layihələr çərçivəsində bölgədə müasir texnologiyaların və dayanıqlı inkişaf prinsiplərinin tətbiqinə xüsusi önəm verilir”.
Nigar Arpadarai vurğulayıb ki, siyasətçilər dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməli, yeni texnologiyaların və innovativ həllərin tətbiqi üçün əlverişli ekosistem formalaşdırmalıdırlar.