BAKI, 20 may. TELEQRAF
Açıq məlumatlar və süni intellekt əsaslı platformalar şəhər idarəçiliyində iqlim risklərinin monitorinqi və proqnozlaşdırılması üçün mühüm imkanlar yaradır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Kosmik Agentliyinin CİS mərkəzinin direktoru İsmət Baxışov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, “Platera” adlı geo-süni intellekt platforması vasitəsilə şəhər ərazilərində dəyişikliklər, yaşıllıq sahələri, su hövzələri və suyun keyfiyyəti qısa müddətdə analiz oluna bilir.
“Azərbaycanda artıq doqquz ildir keçirilən “Earth Observation Competition” müsabiqəsi gənclərin innovativ layihələrinin və kosmik məlumatlardan istifadənin təşviqinə xidmət edir”,- İ. Baxışov vurğulayıb.