BAKI, 20 may. TELEQRAF

Qaziantepdə “ağıllı şəhər” konsepsiyası çərçivəsində rəqəmsal infrastruktur, açıq data sistemi və süni intellekt əsaslı idarəetmə modelləri qurulub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

Fatma Şahin qeyd edib ki, şəhər idarəçiliyində əsas yanaşma “heç kəsi geridə qoymamaq” prinsipidir və qərarların qəbulunda məlumat əsaslı idarəetmə sistemi tətbiq olunur:

“Şəhərdə iqlim dəyişiklikləri, fəlakət riskləri və sürətli urbanizasiya proseslərinin idarə olunması üçün real vaxtlı məlumat sistemləri və inteqrasiya olunmuş şəhər platforması inkişaf etdirilir”.