BAKI, 20 may. TELEQRAF

Türkmənistan Arkadağ şəhərində alternativ enerji və suyun təkrar istifadəsi sahəsində yeni layihələr həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə türkmənistanlı nümayəndə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, şəhərdə tikilən dəmiryolu vağzalı və avtovağzalda günəş enerjisi panellərinin quraşdırılması nəzərdə tutulur:

“Məqsəd dövlət elektrik şəbəkəsindən istifadəni azaltmaq və atmosferə atılan qaz tullantılarını minimuma endirməkdir”.’

Nümayəndə əlavə edib ki, şəhərdə kanalizasiya sularının əlavə təmizlənərək yenidən yaşıllıq sahələrinin suvarılmasına yönəldilməsi layihəsi üzərində də iş aparılır.