BAKI, 20 may. TELEQRAF

Təqribən 50 illik şəxsi təcrübəmə əsasən, deyə bilərəm ki, qeyri-formal yaşayış məskənləri ilə bağlı məsələləri yeni bir üsulla, insanlarla birlikdə və geniş miqyasda həll edə bilərik.

Teleqraf xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə Asiya Mənzil Hüquqları Koalisiyasının baş katibi Somsook Boonyabancha deyib.

“Biz burada yalnız ayrı-ayrı tikinti və ya fərdi layihələrdən deyil, genişmiqyaslı dəyişiklik prosesindən danışırıq. Sizi əmin edirəm ki, dünyanın harasında olursa-olsun, icmalar bu dəyişiklikləri həyata keçirməyə qadirdir. Hətta ən yoxsul insanlar belə dəyişmək istəyir və bunu bacarır. Buna görə də insanların bu prosesdə fəal rolunu nəzərə almalı, onları dəyişikliklərin əsas iştirakçısına çevirən həll yolları tapmalıyıq”, - deyə baş katib vurğulayıb.