BAKI, 20 may. TELEQRAF
“Sea Breeze” turizm və yaşayış kompleksində ötən il təkcə yaşıllaşdırmaya 30 milyon dollar sərf olunub, bu il isə 50 milyon dollardan çox investisiya planlaşdırılır. Artıq 11 milyon bitki əkilib.
Teleqraf xəbər verir ki, bunu "Sea Breeze"in satış direktoru Ena-Kameliya Məlikova WUF13 çərçivəsində keçirilən “Şəhər Dəyər Zənciri Fəaliyyətdə: Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələrinin Təqdim Edilməsi” mövzusunda tədbirdəki çıxışında bildirib.
O qeyd edib ki, layihə rəqəmsal 3D model – “Unreal Engine” üzərində yaradılmış virtual “Seabreeze şəhəri” ilə idarə olunur, burada bütün binaların interyer və eksteryerləri detallı şəkildə görünür.