BAKI, 20 may. TELEQRAF
Coğrafi məkan analitikası və sosial-iqtisadi məlumatlardan istifadə regionda dayanıqlı urbanizasiya üçün əsas vasitəyə çevrilir.
Teleqraf xəbər verir ki, bunu Dünya Bankının Mərkəzi Asiya üzrə nümayəndəsi Mohamed Nada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxışı zamanı deyib.
O bildirib ki, müasir analitik metodlar mənzil fondunun dinamikasını qiymətləndirməyə, məkan bərabərsizliyini müəyyən etməyə və şəhər infrastrukturuna investisiyaları daha dəqiq planlaşdırmağa imkan verir:
"Mənzil enerji səmərəliliyinin, xidmət əlçatanlığının və həssas icmaların xəritələşdirilməsinə xüsusi diqqət yetirilir ki, bu da ədalətli iqlim siyasəti və abadlıq strategiyalarının formalaşdırılmasına kömək edir".
Dünya Bankının nümayəndəsi vurğulayıb ki, şəhər məlumatları ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi bələdiyyələrə və tədqiqatçılara sübutlara əsaslanan analitikaya uyğun qərarlar qəbul etməyə və urbanizasiya risklərinin daha effektiv idarə olunmasına imkan verəcək. Bu baxımdan, Azərbaycanın azad edilmiş ərazilərində şəhərsalma təcrübəsi böyük maraq və dəyər kəsb edir.