BAKI, 20 may. TELEQRAF
Məni burada qəbul etdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm.
Teleqraf xəbər verir ki, bu sözləri Sent-Vinsent və Qrenadinlər hökumət başçısının müşaviri Byron-Cox Richard Anthony Beresford deyib.
“Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Bonaire Karib hövzəsində yerləşən kiçik bir adadır. Yoxsulluq, mənzil problemi, təhsil çətinlikləri və digər sosial məsələlərin, bütün bu xaosun əsas səbəbi məhz müstəmləkəçilikdir.