BAKI, 20 may. TELEQRAF

Sığınacaq yaradarkən məktəbə yaxın və insanların ehtiyaclarını qarşılaya biləcəyi əraziləri seçirik.

Teleqraf xəbər verir ki, bunu Sarayevo şəhərində Layihə Meneceri Derviş Hacımuhamedoviç WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Şəhər Transformasiyası Praktikada: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri" adlı tədbirdə deyib.

O bildirib ki, ilk məkan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbin yerləşdiyi ərazidə idi:
"Ora baxımsız bir sahə, tullantılarla dolu və alaq otları basmış bir bağ idi. Biz onu məqsədli şəkildə seçdik, çünki məktəblə əlaqəsi var idi. Məqsəd buranı tam funksional bir məkan kimi qurmaq idi. Biz onu məktəblə əlaqələndirdik ki, gündəlik əsasda baxım təmin olunsun.

Ehtiyac əsasında sığınacaqlar yaradırıq ki,insanlar onların da evi olduğunu düşünsünlər. Həmin məkanlarda insanların öz ehtiyaclarını qarşılaya bilmələri bizim üçün önəmlidir".