BAKI, 20 may. TELEQRAF
İqlim dəyişikliklərinin təsiri fonunda şəhərlərdə dayanıqlı və iqlimə davamlı mənzil siyasətinin formalaşdırılması qlobal müzakirələrin əsas mövzularından birinə çevrilib.
Teleqraf xəbər verir ki, WUF13 çərçivəsində "İqlim-mənzil əlaqəsi: iqlimə davamlı mənzillər sosial bərabərliyi qoruya bilərmi?" mövzusunda aparılan müzakirədə ekspertlər hesab edirlər ki, enerji baxımdan səmərəli və ekoloji cəhətdən davamlı yaşayış məkanlarının genişləndirilməsi sosial bərabərsizliyi artırmadan həyata keçirilməlidir.
Qeyd olunur ki, iqlimə davamlı şəhərsalma yanaşmaları yalnız infrastrukturun gücləndirilməsini deyil, eyni zamanda, insanların yaşadıqları ərazilərdə təhlükəsiz və əlverişli yaşayış imkanlarının qorunmasını da nəzərdə tutur.
Beynəlxalq platformalarda aparılan müzakirələrdə şəhərlərin gələcək inkişafında sosial inklüzivlik, yaşıl texnologiyalar və davamlı mənzil siyasətinin qarşılıqlı əlaqəsinin əsas prioritetlərdən biri olduğu diqqətə çatdırılır.