BAKI, 20 may. TELEQRAF
"Binalar qlobal karbon qazı emissiyalarının 34 faizini təşkil edir. Bunun 32 faizi isə tikinti prosesində enerji istifadəsi ilə bağlıdır. Bu, çox böyük göstəricidir".
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən “The Climate-Housing Nexus“ mövzusunda tədbirdəki çıxışında bildirib.
O qeyd edib ki, ekosistem əsaslı yanaşmalar, təbiət əsaslı həllər tətbiq etmək lazımdır:
“Çünki tikinti və binalar üçün yer açdıqca ağaclar kəsilir, meşələr yox olur. Bəs bunu necə bərpa edəcəyik? Çünki bizə kölgə lazımdır, təbii sərinlik lazımdır, enerji səmərəliliyi lazımdır ki, sonradan kondisionerlərdən və bu kimi vasitələrdən daha çox istifadə etməyə məcbur qalmayaq”.