BAKI, 19 may. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) türk dünyası üçün mühüm əhəmiyyət daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

O, çıxışı zamanı tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.

Kubanıçbek Ömüralıyev vurğulayıb ki, dayanıqlı və davamlı şəhərlərin qurulması gələcək inkişafın əsasını təşkil edir.