BAKI, 19 may. TELEQRAF
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın rolunu bir daha artırır.
Teleqraf xəbər verir ki, bunu BMT-Habitat İdarə Heyətinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr Departamentinin rəhbəri Xristian Mensah Bakıda keçirilən WUF13 çərçivəsində WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə keçirilən WUF13 NGO Forumunun açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycanın səyləri bir daha onun əsas rola malik olduğunu nümayiş etdirir.
"Burada gördüyüm könüllülər ən yaxşı könüllülərdir. Təşkilatçılara xüsusi təşəkkür edirəm. Azərbaycanı çox gözəl iş ortaya qoymasına görə təbrik edirəm. Azərbaycan kifayət qədər inkişaf edib", - o vurğulayıb.
O əlavə edib ki, şəhərsalma sahəsində vətəndaş cəmiyyətinin öz rolunu oynaması çox vacibdir.