BAKI, 19 may. TELEQRAF
Maliyyələşmə enerji keçidinin şəhərsalma gündəlikləri ilə uyğunlaşdırılmasında əsas maneə olaraq qalır.
Teleqraf xəbər verir ki, bunu D8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmood WUF13 çərçivəsində keçirilən D8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu mövzusunda tədbirdəki çıxışında bildirib.
O bildirib ki, inkişaf etməkdə olan ölkələr güzəştli maliyyə resurslarına çıxışın genişləndirilməsi, texnologiya transferi və beynəlxalq tərəfdaşlıqlar olmadan səylərini genişləndirə bilməyəcəklər.
“D8 üzv ölkələri maliyyə çatışmazlığı, texnologiya ehtiyacları və ədalətli keçid kimi məsələlərdə birgə formalaşdırılmış inkişaf etməkdə olan ölkələr mövqeyinin yekun sənədlərdə əks olunmasına çalışmalıdırlar.
Nəhayət, katiblik D8 regionunda dayanıqlı şəhər inkişafında liderlik nümayiş etdirən şəhərlərin tanınması məqsədilə “İlin Dayanıqlı D8 Şəhəri”, “D8 Yaşıl Paytaxtı” və ya “D8 Təmiz Enerji Paytaxtı” kimi təşəbbüslərlə bağlı müzakirələri alqışlayır. Bu, innovasiyaları daha da təşviq edəcək və tətbiq oluna bilən, nümunəvi modellərin yaranmasına kömək göstərəcək.
Sonda bir daha Azərbaycana təşəkkür edir, bütün hörmətli iştirakçıları salamlayır və məhsuldar müzakirələr gözlədiyimizi bildiririk”, - deyə Baş katib əlavə edib.