BAKI, 19 may. TELEQRAF

Dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır, 2050-ci ilə qədər dünya əhalisinin təxmini 70%-i şəhərlərdə yaşayacaqlar.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin (UNOSSC) direktoru Dima-Əl-Xatib Bakıda keçirilən WUF13 çərçivəsində WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə keçirilən “WUF13 NGO Forumunun açılış mərasimində deyib.

O bildirib ki, şəhərlər innovasiya, transformasiya məkanlarıdır.

"Bu sahədə QHT-lərin rolu böyükdür. Onlar bu prosesdə iştirak etməlidirlər. İcmalar yalnız inkişaf mənbələri kimi səlahiyyətləndirilməli deyil. Dayanıqlı şəhərlər yalnız infrastrukturla olmur, inklüzivlik də vacibdir", - o vurğulayıb.