BAKI, 19 may. TELEQRAF
Azərbaycan üçün “Kaliforniya Su Atlası” yaradırıq.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə infrastruktur layihələrinə sərmayə yatırmağa davam edilir ki, Xudafərin bəndi, Həkəri və digər çaylar, eləcə də Zəngçay su anbarı kompleksi bərpa olunsun.
Məcnun Məmmədov bildirib ki, Qəbələ–Oğuzçay suvarma sistemi ilə yeni su anbarları tikilir, əsas su kanalları bərpa olunur:
"Həmçinin 1 milyard kubmetrdən çox su toplamaq üçün nəzərdə tutulmuş bir neçə yeni su anbarı üzərində işlər davam edir".