BAKI, 19 may. TELEQRAF

Hazırda Şuşada 1411 nəfər keçmiş məcburi köçkün məskunlaşıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Şuşa şəhərinə növbəti köç 2027-ci ildə olması planlaşdırılır:

"Cari ildə şəhərə köç olmayacaq. Çünki binalarda tikinti işləri davam edir. Növbəti köç gələn ilə planlaşdırılır. Bu il Şuşanın iki kəndinə - Böyük və Kiçik Qaladərəsinə xeyli sayda ailənin köçülürməsi nəzərdə tutulur. Bu yaxınlarda hazırlıq işlərinə başlayacağıq".

Bundan başqa Şuşanın Turşsu qəsəbəsi sıfırdan tikiləcək. Gələn il bu qəsəbəyə köç olacaq.

Şuşanın yaxınlığında Daşaltı kəndi yeni turizm infrastrukturu ilə təchiz ediləcək. Bu kəndin inşasına bu il başlanacaq. Bura investisiyalar özəl sahibkarlar tərəfindən aparılır.