BAKI, 19 may. TELEQRAF
"Mənzil təminatı məsələsində gəlirlilik və özəl sektorun maraqları daha çox önəm daşıyır".
Teleqraf xəbər verir ki, bunu Habitat Beynəlxalq Koalisiyasının prezidenti Qreys Çikumo-Mount WUF13 çərçivəsində təşkil edilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" tədbirində panel sessiyada deyib.
O bildirib ki, amma burada təbii mühitlərə məhəl qoyulmur, insan hüquqları nəzərdən qaçırılır.
"Zorla köçürülmənin qarşısının alınması vacibdir. Mənzil böhranını daha da şiddətləndirən insan hüquqlarının qorunmamasıdır. Mənzil təminatına insan hüququ kimi yanaşılmalıdır. Şəhərsalmada yerli əhalinin illərlə olan bilikləri əsas götürülə bilər və ayrıseçkilik olmaz", - o vurğulayıb.